Qayda və Şərtlər

Bu müqavilə hüquqi şəxs kimi fəaliyyət göstərən “UNİMART MMC” www.bonuslar.az internet səhifəsinin(bundan sonra İNTERNET SƏHİFƏSİ) idarəçiləri (bundan sonra “İDARƏÇİ”) və İNTERNET SƏHİFƏSİNDƏ qeydiyyata alınmış və oradakı xidmətlərdən yararlanan istifadəçilər (bundan sonra “İSTİFADƏÇİ”) arasında bağlanılır.


1. ÜMUMI QAYDALAR



1.1 Bu müqavilə, İNTERNET SƏHİFƏSİNDƏ mövcud olan və gələcəkdə mövcud olacaq bütün xidmətləri və bu xidmətlərdən istifadə şərtlərini, o cümlədən tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Əgər İSTİFADƏÇİ İNTERNET SƏHİFƏSİNDƏ qeydiyyatdan keçibsə, bu artıq İSTİFADƏÇİNİN bu müqavilədə müəyyənləşdirilən qayda ve şərtləri qəbul etdiyini təsdiq edir.

1.2 İNTERNET SƏHİFƏSİ, əmtəə satışı və ya xidmət göstərilməsi sahəsində fəaliyyət göstərən müxtəlif kommersiya təşkilatları (bundan sonra “KOMMERSiYA TƏŞKİLATI”) tərəfindən tərtib edilən və müxtəlif əmtəə və xidmətlərə endirimlər əldə etmək üçün kuponların(bundan sonra KUPON) satışını həyata keçirir. İNTERNET SƏHİFƏSİNİN İSTİFADƏÇİLƏRİ qeydiyyatdan keçdikdən sonra satışa çıxarılan bu cür kuponları əldə edə və kuponda nəzərdə tutulan əmtəə və ya xidmətlərə endirimləri tələb edə bilər.

1.3 İSTİFADƏÇİNİN İNTERNET SƏHİFƏSİNDƏN istifadə etməsi şəxsi xarakter daşıyır və digər fiziki və ya hüquqi şəxslərə ötürülməsi yolverilməzdir. İSTİFADƏÇİ onun İNTERNET SƏHİFƏSİNƏ girişi üçün zəruri olan şifrin gizliliyi üçün şəxsən məsuliyyət daşıyır. İnternetin umumiyyətlə təhlükəsiz mühit olmasına baxmayaraq, müəyyən hallarda İDARƏÇİNİN iradəsi xaricində ortaya çıxan bəzi sistem problemləri, nasazlıqlar ola bilər. və İSTİFADƏÇİ bu cür halların baş verməsi imkanını əvvəlcədən görür və qəbul edir. İNTERNET SƏHİFƏSİNDƏ baş verən bu cür problemlər nəticəsində meydana çıxan data itkilərinə görə İDARƏÇİ heç bir məsuliyyət daşımır.

1.4 İDARƏÇİNİN istənilən zaman “İstifadə və Satış Qaydaları haqqında Müqaviləyə” əlavə və dəyişiklik etmək hüququ vardır. Edilmiş əlavə və dəyişikliklər İNTERNET SƏHİFƏSİNDƏ yerləşdirildiyi andan qüvvəyə minir, və İSTİFADƏÇİLƏRİN bu əlavə və dəyişiklikləri oxuyub xəbərdar olduqları guman edilir. Odur ki, İSTİFADƏÇİNİNİ mütəmadi olaraq bu qaydaları nəzərdən keçirməsi məsləhət görülür. Qaydalara əlavə və dəyişiklik edildikdən sonra İSTİFADƏÇİNİN İNTERNET SƏHİFƏSİNDƏN istifadə etməyə davam etməsi onun bu əlavə və dəyişiklikləri qəbul etdiyini guman etməyə əsas verir.

1.5 İDARƏÇİ, bu müqavilədən birbaşa və ya dolayı olaraq irəli gələn və ya əlaqədar olaraq dəymiş hər hansı zərərə görə İSTİFADƏÇİ qarşısında heç bir məsuliyyət daşımır.


2. İSTIFADƏ QAYDALARI



2.1 İNTERNET SƏHİFƏSİNDƏN istifadə etmək və orada göstərilən xidmətlərdən faydalana bilmək üçün İSTİFADƏÇİ mütləq qeydiyyatdan keçməlidir.

2.2 İSTİFADƏÇİ bu müqavilənin qayda və şərtlərini pozduğu, o cümlədən İDARƏÇİ tərəfindən qəbul edilməz hesab edilən davranışlara yol verdiyi hallarda onun İSTİFADƏÇİ şifri və hesabına xitam verilir.

2.3 İDARƏÇİ saytın məzmununda, giriş üçün zəruri olan vasitələrdə istənilən zaman dəyişiklik etmək hüququna malikdir. Bundan əlavə, o, İNTERNET SƏHİFƏSİNDƏ yerləşdirilən istənilən informasiyanı və ya onun müəyyən hissəsini dəyişdirə və ya ləğv edə bilər.

2.4 İSTİFADƏÇİ tərəfindən digər istifadəçiləri təhqir edən, hüquqlarını pozan, o cümlədən qeyri-qanuni, provokativ, ictimai qaydalara zidd, həmçinin reklam xarakterli məlumatların İNTERNET SƏHİFƏSİNDƏ yerləşdirilməsi yolverilməzdir. İSTİFADƏÇİNİN İNTERNET SƏHİFƏSİNDƏN reklam, kommersiya və dini məqsədlər üçün istifadə etmək hüququ yoxdur. Bu cür məlumatların yerləşdirilməsi üçün İDARƏÇİDƏN əvvəlcədən yazılı razılıq alınmalıdır.

2.5 İNTERNET SƏHİFƏSİ və onun məzmunu ilə bağlı müəlliflik hüququ İDARƏÇİYƏ məxsusdur. Digər şəxslər tərəfindən, İDARƏÇİDƏN əvvəlcədən yazılı razılıq alınmadan, SAYTIN və ya onun məzmunun hər hansı formada köçürülməsi, kopyalanması qəti qadağandır. İDARƏÇİNİN müəlliflik hüququnun digər şəxslər tərəfindən pozulması İDARƏÇİNİN həmin şəxsə(lərə) qarşı iddia qaldırması üçün əsas verir.

2.6 İSTİFADƏÇİYƏ İNTERNET SƏHİFƏSİNDƏ etibarlı olmayan məlumatlar yerləşdirmək və həmçinin, digər şəxs və ya şirkətlərin ad və fotoşəkillərindən istifadə etmək qadağandır.

2.7 İDARƏÇİ, İNTERNET SƏHİFƏSİNDƏ onun özü tərəfindən yerləşdirdiyi məlumatlar və məsləhətlər istisna olmaqla, digər şəxslər tərəfindən İNTERNET SƏHİFƏSİNDƏ yerləşdirilən məlumatlar, bildirilən rəylər və fikirlərə görə heç bir məsuliyyət daşımır.

2.8 İSTİFADƏÇİ göndərdiyi ismarıcların, bildirdiyi rəylərin, o cümlədən yerləşdirdiyi məlumatların İDARƏÇİ tərəfindən reklam və ya hər hansı digər qanuni məqsədlər üçün istifadə edilməsinə razılıq verir.


3. SATIŞ QAYDALARI



3.1 İNTERNET SƏHİFƏSİNDƏ əmtəə və ya xidmətlərə endirim əldə etmək üçün KUPONLAR satışa çıxarılır.

3.2 Bu KUPONU əldə etmiş İSTİFADƏÇİ müvafiq KOMMERSiYA TƏŞKİLATINDAN KUPONDA təqdim etdilən əmtəə və ya xidmətlərə endirim tələb edə bilər. KUPON əldə etmək üçün İSTİFADƏÇİ mütləq İNTERNET SƏHİFƏSİNDƏ qeydiyyatdan keçməli və KUPONU almaq üçün şəxsi kabinetində balansını müəyyən edilmiş vasitə ilə artırıb, ödənişi etməlidir. İSTİFADƏÇİ balansında olan vəsaiti yalnız KUPONLARIN alışı üçün istifadə edə bilər.

3.3 İSTİFADƏÇİ satışa çıxaran KUPONLARIN sahibi müvafiq KOMMERSiYA TƏŞKİLATIDIR. İDARƏÇİ isə sadəcə KOMMERSiYA TƏŞKİLATI adından satışı həyata keçirən və İSTİFADƏÇİ ilə KOMMERSiYA TƏŞKİLATI arasında vasitəçilik edir. KUPONLAR İDARƏÇİ tərəfindən deyil, KOMMERSiYA TƏŞKİLATI tərəfindən müvafiq əmtəə və ya xidmətlərə endirim verir.

3.4 İDARƏÇİNİN əsas funksiyası KOMMERSiYA TƏŞKİLATI tərəfindən hazırlanmış KUPONLARIN internet vasitəsi ilə satışını həyata keçirməkdir.

3.5 KUPON İSTİFADƏÇİ tərəfindən müvəffəqiyyətlə ödənildikdən sonra onun İNTERNET SƏHİFƏSİNDƏ olan şəxsi kabinetinə göndərilir.

3.6 İDARƏÇİ itmiş və ya oğurlanmış, o cümlədən seriya nömrəsi və ya kodu silinmiş KUPONLARA görə heç bir məsuliyyət daşımır.

3.7 Hər bir KUPON yalnız bir dəfə istifadə oluna bilər. KUPONUN çoxaldılması, üzərində dəyişiklik edilməsi qadağandır.İstifadə edilmiş KUPONU geri qaytarılması yolverilməzdir.

3.8 KUPONDA göstərilən xidmətləri yerinə yetirən və ya malları təqdim edən şəxs KOMMERSiYA TƏŞKİLATIDIR. KUPONDAN istifadə nəticəsində İSTİFADƏÇİYƏ dəymiş zərərə görə məsuliyyəti KOMMERSiYA TƏŞKİLATI daşıyır. İDARƏÇİ, KOMMERSiYA TƏŞKİLATI ilə İSTİFADƏÇİ arasında yaranan münasibətlərə, o cümlədən KOMMERSiYA TƏŞKİLATININ hər hansı hərəkəti ( və ya hərkətsizliyi ) və ya onun öz öhdəliklərini icra etməməsi nəticəsində İSTİFADƏÇİYƏ dəymiş zərərə görə heç bir məsuliyyət daşımır.

3.9 İSTİFADƏÇİ KUPONDAN yalnız təklifdə göstərilmiş müddət ərzində istifadə edə bilər. Müddətin ötməsi KUPONUN etibarsız olması ilə nəticələnir.

3.10 İDARƏÇİ, KOMMERSiYA TƏŞKİLATI tərəfindən KUPON müqabilində göstərilən endirimli xidmətə və ya təqdim edilən endirimli malların keyfiyyəti ilə bağlı İSTİFADƏÇİYƏ heç bir zəmanət vermir.

3.11 KOMMERSiYA TƏŞKİLATI İSTİFADƏÇİYƏ KUPONDA nəzərdə tutulmuş xidmətə və ya əmtəə endirim təqdim etməkdən imtina etdiyi halda İDARƏÇİ heç bir məsuliyyət daşımır. Bu halda İSTİFADƏÇİ iddianı KOMMERSiYA TƏŞKİLATINA qarşı qaldırmalıdır.