Daimi verilən suallar və cavabları (FAQ)

BONUSLARda təkliflərin mənası?

Hər gün Bonuslar sizə intina olunmayan aksiyalar təklif edəcək. Hər biriniz kafe və kinoya, fitnes və massaja gedərkən, səyahətə çıxarkən yaxud ən gözəl kurortlarda istirahət edərkən 90% qədər endirimlərdən istifadə edə bilərsiniz. Müəssisələr bu endirimə razılaşır ona görə ki, onlara çoxlu sayda müştəri gəlir.

Aksiyalar nə qədər davam edir?

Adətən 1-3 ay, dəqiq müddəti və şərtləri daima aksiyanın “ətraflı” bölməsində göstərilir. Bu vaxt ərzində, istədiyiniz gün, bir kuponu yalnız bir dəfə istifadə edərək:), siz bu təklifdən yararlana bilərsiniz.

Mən nə qazanıram?

İnanılmaz hisslər! Bunlardan əlavə, bizim hüquqşünasların rəyinə görə,siz kupon alırsınız, hansı ki sertifikat hesab edilir və aksiyada təqdim olunan xidmətdən yararlanmaq imkanı sizə verir. Daha ətraflı oferta bölməsində qeyd olunub. Bizim məsləhət – heç nədən asılı olmayaraq, həyatın gözəl anlarını yan keçirməyin və həmişə şən və dostlar ətrafında olun!

Bugünkü təklifi mən çox bəyəndim, onu necə almaq olar?

Təklifdən yararlanmaq çox sadədir. «AL!» düyməsini basın, sizə rahat olan ödəniş növünü seçin və xidməti ödəyin.

Özümə aldığim kuponları hədiyyə edə bilərəm?

Bəli. Siz öncədən çap olunmuş kuponu hədiyyə edə bilərsiniz.

Kuponu aldıqdan sonra nə etməliyəm?

Kupon ödənildikdən sonra, sizin şəxsi kabinetinizdə kupon qeyd olunacaq. Orada kuponun kodu, aksiyanın şərtləri və müəsissə barədə məlumat göstəriləcək. Aksiyanın müddəti ərzində (adətən 1-3 ay) Siz seçdiyiniz müəsissəyə yaxınlaşıb, aksiyanın kodunu təqdim edirsiniz(yazılı və ya şifahi qaydada) və super təklifdən zövq alırsınız.

Mən sifarişi ödədim, lakin kuponu almadım, nə etməliyəm?

Siz “bizimlə əlaqə” bölməsində yerləşən formanın köməyi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.Məktubda ödənişin növü, tarixi və sifarişin nömrəsini mütləq qeyd etmək lazımdı.

Əgər mənim səbəbli narazılığım varsa, mən pulumu geri ala bilərəm?

Sizə göstərilən xidmət və ya aldığınız mal qane edən keyfiyyətdə olmadıqda, biz pul vəsaitlərinizi www.bonuslar.az saytındakı balansınıza geri qaytarmaqa hazırıq. Balansa keçirilmiş pul vəsaitləri növbəti aksiyaların mal/xidmətlərin ödənilməsi üçün istifadə oluna bilər. Onuda nəzərinizə çatdıraq ki, kupona görə pul vəsaitlərin qaytarılması yalnız kuponun istifadə müddəti dövründə mövcuddur.

Aksiyanı aldıqdan sonra mən kupondan imtina edə bilərəm?

Təəssüf ki yox. Lakin siz onu dostlarınıza hədiyyə və ya təmənnasız verə bilərsiniz.

Mənim elektron ünvanımı siz nə üçün istifadə edəcəksiniz?

Mail Sizi, sifariş və ödənişlərinizin statusu barədə məlumatlandırmaq üçün lazımdır. Biz Sizi yeni təkliflər barədə məlumatlandıracayıq.

Mən restoran, rəqs məktəbin və s., sahibiyəm. Öz xidmətlərim barədə Sizin istifadəçilərə necə məlumat verə bilərəm?

«Partnyor ol» bölməsinə baxın.